Bakı Sahil q. x.huseynova@inmax.az +994 70 841 44 42

Texnikaların İcarəsi Xidməti

Şirkətimiz müxtəlif sahələr üzrə layihələrin icrası üçün sənaye, tikinti və xüsusi təyinatlı texnikaların icarəsi xidmətlərini təqdim edir. Müasir və texniki cəhətdən tam saz vəziyyətdə olan texnika parkımız sayəsində müştərilərimizin ehtiyaclarına uyğun çevik və etibarlı həllər təklif edirik.

Texnikaların icarəsi xidməti çərçivəsində metalkonstruksiya quraşdırılması, təmir–servis işləri, dəmiryolu infrastrukturu, rabitə qüllələrinin quraşdırılması, aqroparklar, sənaye zonaları və digər mühəndis layihələri üçün zəruri olan texniki avadanlıqlar təmin olunur.

İcarəyə təqdim olunan texnikalar mütəmadi texniki baxışdan keçirilir, təhlükəsizlik və istismar standartlarına tam uyğun vəziyyətdə saxlanılır. Zərurət olduqda texnikalar təcrübəli operatorlarla birlikdə və ya operatorsuz (müştərinin tələbinə uyğun) icarəyə verilə bilər.

Texnika icarəsi xidmətlərimizə daxildir:

  • tikinti və sənaye texnikaları

  • qaldırıcı və yükdaşıma texnikaları

  • metal montaj və qaynaq avadanlıqları

  • xüsusi təyinatlı mühəndis texnikaları

  • yol, aqrar və infrastruktur işləri üçün texnika

İcarə müddəti layihənin miqyasına uyğun olaraq qısa və uzunmüddətli əsasda müəyyən edilir. Şirkətimiz çevik qiymət siyasəti və operativ logistika imkanları ilə texnikanın vaxtında və düzgün ünvana çatdırılmasını təmin edir.

 

Məqsədimiz müştərilərimizə əlavə sərmayə xərcləri olmadan, etibarlı və yüksək performanslı texnika ilə işləmək imkanı yaratmaq, layihələrin vaxtında və effektiv icrasına dəstək olmaqdır.