Bakı Sahil q. x.huseynova@inmax.az +994 70 841 44 42

Holcim Azərbaycan ASC dünyada innovativ və dayanıqlı tikinti həlləri təqdim edən Holcim Qrupunun üzvüdür. Şirkət müxtəlif fəaliyyət sahələrini idarə edir. Onlara 1949-cu ildən regionun aparıcı istehsalçılarından biri olan Qaradağ Sement Zavodu da daxildir. Holcim Azərbaycan tikinti sektoruna sement, TECTOR quru qarışıqları, hazır beton, CORSO kimyəvi qatqıları və Geobrick ekoloji kərpicləri kimi yüksək keyfiyyətli materiallar təqdim edir. Holcim Azərbaycan dayanıqlı tikinti sahəsində öncül rol oynayır. Şirkət Cənubi Qafqazda ilk dəfə olaraq ECOPlanet aşağı karbon sementini və ECOPact betonunu bazara çıxarıb. Bu məhsullar CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa kömək edir və yüksək performansı qoruyur. İnnovasiyanı, dayanıqlılığı və müştəri yönümlülüyünü birləşdirən Holcim Azərbaycan tikintinin gələcəyini formalaşdırır və "Net-Zero" hədəfinə doğru yeni standartlar müəyyənləşdirir.

Holcim Azərbaycan ASC – Dəmir Yolu İnfrastrukturunun Təmiri Layihəsi

Holcim Azərbaycan ASC-nin istehsal və logistika proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə, Şahqaya xammal yatağından Qaradağ Sement Zavoduna qədər uzanan dəmir yolu xəttinin təmir və bərpa işləri şirkətimiz tərəfindən uğurla həyata keçirilmişdir.

Layihə çərçivəsində xammal daşınmasında mühüm rol oynayan dəmir yolu infrastrukturunun texniki vəziyyəti qiymətləndirilmiş, aşınmaya məruz qalmış sahələrdə metal konstruksiya elementlərinin bərpası, möhkəmləndirmə və texniki yenilənmə işləri icra olunmuşdur. Təmir prosesi istehsalatın fasiləsizliyini təmin edəcək şəkildə planlaşdırılmış və icra edilmişdir.

İşlər zamanı yükdaşıma qabiliyyəti, təhlükəsizlik standartları və uzunmüddətli istismar tələbləri əsas götürülmüş, dəmir yolu xəttinin ağır sənaye yüklərinə davamlılığı təmin olunmuşdur. Layihənin icrası Holcim Azərbaycan-ın dayanıqlı və effektiv logistika zəncirinin gücləndirilməsinə mühüm töhfə vermişdir.

Bu layihə şirkətimizin:

  • sənaye və istehsal obyektləri üçün dəmir yolu infrastrukturunun təmiri

  • ağır yüklər üçün nəzərdə tutulmuş texniki həllərin tətbiqi

  • təhlükəsizlik və keyfiyyət standartlarına uyğun icra təcrübəsi

sahəsindəki peşəkarlığını bir daha nümayiş etdirir.

 

Holcim Azərbaycan ASC-nin dayanıqlı inkişaf, yüksək istehsal səmərəliliyi və Net-Zero hədəflərinə uyğun olaraq həyata keçirilən bu layihə, şirkətimizin sənaye infrastrukturu üzrə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.