Bakı Sahil q.
x.huseynova@inmax.az
+994 70 841 44 42
Şəmkir Aqropark MMC
Şəmkir Aqropark MMC Cənubi Qafqazda ilk "Aqropark" formatlı kənd təsərrüfatı layihəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 aprel 2014-cü il tarixli "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanından irəli gələn aqroparkların yaradılması ilə bağlı göstərişə əsasən, 15.11.2014 tarixində ölkə başçısının Şəmkir şəhərinə səfəri zamanı "Şəmkir Aqropark" logistika mərkəzinin təməli qoyulmuşdur. Təməl 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan "Şəmkir Aqropark" Logistika Mərkəzinin 20.08.2017-ci ildə açılışı olub.
Kompleks beynəlxalq formatda fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş biznes layihəsidir. Şəmkir Aqropark-ının fəaliyyəti müasir istehsal, logistika və satış texnologiyalarına əsaslanır. Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasındakı inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır.
Eyni zamanda Aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsi şərtini təmin edəcəkdir.
Aqroparkın ümumi ərazisi 604 hektar təşkil edir. Aqroparkda 1-ci mərhələ üzrə nəzərdə tutulan işlər artıq yekunlaşmışdır. Belə ki, tutumu 24 min ton olan Logistika Mərkəzi, Bir Pəncərə Kompleksi, TIR parkı, avtodayanacaq, helikopter meydançası və laboratoriya yaradılmışdır.